Banqladeşdə ildırım “soyqırımı”: altı əyalətdə 14 nəfər öldü

22:27 13-07-2019 662

Banqladeşin altı müxtəlif əyalətində ildırım vurması nəticəsində 14 nəfər ölüb.

“RİA Novosti” xəbər verir ki, ölkənin qərbində yerləşən Pabna qəsəbəsində aralarında ata və iki oğlunun da olduğu dörd nəfər məktəbin həyətində işləyərkən təbiət hadisəsinin qurbanı olublar.

Şimalda isə balıqçılıqla məşğul olan bir gənc və qardaşı ildırımın qəzəbinə tuş gəliblər. Onlardan biri ölüb, digəri isə yaralanıb. Həmçinin daha iki kişi toxuculuqla məşğul olan zaman onları ildırım vurub.

Çuadanqa əyalətində 3 nəfər maşına banan yükləyərkən, Sunamqanc qəsəbəsində isə ata və oğlu balıq ovunda ölüb.

Netrakonada inək otaran çoban, ölkənin ən böyük şəhərlərindən biri olan Racşahidə isə sahədə işləyən kəndli ildırım vurması nəticəsində dünyasını dəyişib.