Şəki Xan Sarayının həyətindəki çinarın iri budağı qırılıb

13:09 14-07-2019 507

Şəki Xan Sarayının həyətindəki çinarın iri budağı qırılıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saatlarında Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzaya səbəb güclü küləyin olduğu ehtimal edilir. Belə ki, son günlər ölkə ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib.