Prospektdə “Lexus” və “Mercedes” toqquşdu: azyaşlı xəsarət alıb - FOTO

17:00 14-07-2019 689

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə prospektin Sabunçu rayonu ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində qeydə alınıb. Yolda bir müddət tıxac yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov hadisə ilə bağlı HerGun.Az-a bildirib ki, “Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətində gedən yolda “Lexus” və “Mercedes” markalı minik maşınları toqquşub, avtomobillərdən biri aşıb:

“Hadisə nəticəsində bir azyaşlı xəsarət alıb. Qəza zamanı ölən olmayıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır”.

Fotolar BNA-ya məxsusdur:

Könül Cəfərli