Cennifer Lopesin konsertində işıqlar söndü, insanlar təxliyə olundu

17:18 14-07-2019 1241

Ötən gün Nyu Yorkda elektrik enerjisi verilişində yaranan problem dünya şörhətli müğənni Cennifer Lopesin konsertindən də yan keçməyib.

HerGun.Az xəbər verir ki, həmin vaxt “Madison Square Garden”də 20 min tamaşaçı qarşısında səhnəyə çıxan 49 yaşlı “pop-diva”nın canlı solo konserti zamanı bütün arena qaranlığa qərq olub.

Konsert təcili şəkildə dayandırılıb, tamaşaçılar isə təxliyə edilib.

C.Lopes sosial media hesabı vasitəsilə izləyicilərinə çağırış edib. Sənətçi hadisədən çox məyus olduğunu və konsert proqramının bazar ertəsi yenidən eyni arenada keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, yarımstansiyalardan birində baş vermiş qəza nəticəsində Nyu Yorkda 70 min insan işıqsız qalmış, Manhetten və Yuxarı İst-Sayd bölgəsinin elit rayonlarında işıqforlar, liftlər, işıq dirəkləri və s. işləməyib.

Rəşad Əliyev