Bu gün Türkiyədə daha 19 nəfər koronavirusdan ölüb

23:40 17-06-2020 481

Bu gün Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 19 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.

Həmçinin daha 1492 nəfərdə koronavirus aşkarlanıb. 1261 xəstə isə sağalıb.