Yeddi yaşlı uşaq anasını müdafiə etmək üçün atasını bıçaqladı

02:00 18-06-2020 393

Yeddi yaşlı uşaq anasını müdafiə etmək üçün atasını bıçaqlayıb.

“112” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Rusiyanın Moskva vilayətində qeydə alınıb.

Mənbə bildirir ki, ailə başçısının daim içki qəbul etməsi ilə əlaqədar Subbotinlər ailəsində tez-tez dava düşürmüş. Nikolay və Yuliyanın bu cür münasibətindən ən böyük mənəvi zərbə isə balaca Dimaya dəyib.

Dünən 39 yaşlı Nikolay yenə sərxoş vəziyyətdə arvadını döyməyə başlayıb və boğmağa cəhd edib. Balaca uşaq anasının qışqırığını eşidib və otağından çıxıb. Gördüyü mənzərə qarşısında dəhşətə düşən azyaşlı atasının anasını öldürəcəyindən qorxub və mətbəxə qaçaraq əlinə keçən ilk bıçağı götürüb, sonra isə atasının kürəyinə saplayıb.

Dava bununla da bitib. Kişi təcili yardımla xəstəxanaya çatdırılıb.

Himayə orqanları isə sözügedən ailə ilə məşğul olmağa başlayacaq.