ABŞ prezidenti Con Boltonun kitabının yayımlanmasına qarşı çıxdı: “Gizli məlumatlar...”

03:20 18-06-2020 467

ABŞ Prezidenti Donald Tramp Ağ Ev administrasiyasının keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun yeni kitabının yayımlanmaması üçün məhkəməyə müraciət edib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Məhkəməyə ünvanlanan ərizədə C.Boltonun kitabının milli təhlükəsizliyi təhdid edə biləcək dərəcədə gizli məlumatları əks etdirdiyi qeyd olunub. Həmçinin kitabın hökumət tərəfindən yoxlanılması və zəruri düzəlişlərdən sonra çap olunmasının zəruriliyi bildirilib.