Kənar müdaxilə olmadan hərəkət edən trenajor sakinləri təşvişə saldı - VİDEO

06:20 18-06-2020 450

Hindistanın Şansi şəhərində yerləşən parklardan birində baş vermiş hadisə ətrafda yaşayan sakinləri qorxuya salıb.

“Daily Mail” xəbər verir ki, istirahət məkanında quraşdırılan trenajor öz-özünə hərəkət etməyə başlayıb.

Hadisə yerinə çağırılan polislər idman qurğusunun kənar müdaxilə olmadan hərəkət etməsinin səbəblərini araşdırıb.

Məlum olub ki, burada hansısa anomaliyadan söhbət getmir.

Trenajora sürtkü yağı çəkilib və idman qurğusu bu səbəbdən bir müddət kənar müdaxilə olmadan hərəkət edib.