Qubada həmkəndlisini ağac parçası ilə döyən şəxs tutuldu - YENİLƏNİB

11:00 18-06-2020 461

Qubanın Tülər kəndinində baş verən dava ilə bağlı Emin Muradov saxlanılıb.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Araşdırma aparılır.

10:45

Qubada həmkəndlilər arasında dava düşüb.

Trend-in məlumatına görə, hadisə rayonun Tülər kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Muradov Emin Adıgözəl oğlu həmkəndlisi, 1999-cu il təvəllüdlü Dadaşov Mürvət Sadiq oğlu ilə mübahisə edib.

Onlar kəndin ətrafındakı Möhüc çayının kənarına gələrək, mübahisəni davam etdirib. Mübahisə davaya çevrilib və nəticədə E.Muradov ağac parçası ilə M.Dadaşovun başından vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb.