Bakıda su borusu partladı, asfalt çökdü - VİDEO

14:00 18-06-2020 434

Bakıda afalt örtüyü çöküb.

HerGun.Az-ın məlumatına görə, hadisə Dərnəgül şosesi, Baksol yolunda baş verib.

Asfaltın çökməsi ilə yanaşı, su borusu da partlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:

“Həmin ərazidə diametri 1200 millimetr olan yüksək təzyiqli kanalizasiya xətti keçir. Həmin kanalizasiya kollektorunda qəza baş verib.

Nəticədə, kanalizasiya suyu ətrafa yayılmağa başlayıb və yolun torpaq yatağını yuyub-aparıb, asfalt çöküb”.

“Hazırda “Azərsu” ASC tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Qəza tam aradan qaldırıldıqdan sonra bizim qurum yolun bərpası mümkün olacaq”, - deyə qurum rəsmisi qeyd edib.

İlhamə Əbülfət