“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO

16:00 18-06-2020 430

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı” verilişinin iyunun 19-na nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, qurum dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib.

Proqram çərçivəsində həftənin beş günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.