Rəşad Sadıqov: Azarkeşlərdən biri sərt şəkildə etirazını bildirdi - VİDEO

01:35 15-09-2018 5
loading...

Azərbaycan Premyer Liqasının IV turunun "Azərsun Arena"da baş tutmuş “Qarabağ” – “Sumqayıt” (1:0) görüşünün sonu gərgin alınıb.

HerGun.Az xəbər verir ki, görüşə əlavə olunmuş sonuncu – dördüncü dəqiqədə top meydan sahiblərinin kapitanı Rəşad Sadıqovun cərimə meydançasının daxilində əlinə dəyib. 

Görüşün baş hakimi İnqilab Məmmədov bu epizodu penalti kimi dəyərləndirməyib.

Bu isə qonaq komandanın azsaylı azarkeşlərinin xoşuna gəlməyib. Onlar təcrübəli oyunçuya öz etirazlarını bildirib.

Rəşad Sadıqov saytımıza baş verənlər barədə bunu deyib:

“Orada “Sumqayıt” azarkeşləri ilə ciddi problemim olmayıb. Sadəcə, onların arasından bir nəfər mənə sərt şəkildə etirazını bildirdi. Epizod da “Sumqayıt” azarkeşlərinin yer aldığı qapıarxası tribunanın önündə baş vermişdi deyə, etirazı eşitdim. Yəni xüsusi olaraq o tribunaya yaxınlaşmadım, elə ora yaxın idim. "Sumqayıt" azarkeşləri arasında şəxsən tanıdığım insanlar var. Onlar dərhal həmin azarkeşə yaxınlaşıb onu sakitləşdirdilər. Mən də üzümü çevirib getdim”.

Qeyd edək ki, “Qarabağ” görüşdə yeganə qolu İnqilab Məmmədovun təyin etdiyi penaltidən sonra reallaşdırıb.

Səbuhi MUSAYEV