Sinəsinə pirsinq etdirən məşhur repçi fanatlarını güldürdü - VİDEO

02:40 19-06-2020 632

Məşhur amerikalı repçi Kardi Bi mikrodermal (pirsinq) prosesinin görüntülərini yayımlayıb.

Lenta.ru-nun məlumatına görə, bununla bağlı kadrlar onun “Instagram” hesabında paylaşılıb.

Videoda 27 yaşlı məşhurun sinəsinin və buxağının pirsinqi zamanı ağrıdan qışqırdığı görünür.
“Buna niyə razılaşdığımı özüm də bilmirəm”, - deyə, o qeyd edib.

Paylaşım fanatların gülüşünə səbəb olub.

İzləyicilər “Baxıram və gülürəm”, “Gözəllik qurban tələb edir”, “Onun qorxusu məni güldürür” kimi şərhlər yazıblar. 

Lakin sonda ifaçı nəticədən razı qaldığını bildirib.