Azərbaycanda ilk dəfə qadınlar prokuror təyin edildilər

15:40 19-06-2020 343

Prokurorluq orqanlarında kadr dəyişiklikləri olub.

HerGun.Az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun imzaladığı əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilib. Növbəti əmrlə o, Qobustan rayon prokuroru təyin edilib. 

Bundan başqa, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin edilib.

Baş prokurorun imzaladığı digər əmrlərlə Taryel Ələkbərov Lənkəran Rayon Prokurorluğuna, Ramin Hüseynov isə Göyçay Rayon Prokurorluğuna təyinat alıblar.