Qrant almaq istəyən QHT-lərin NƏZƏRİNƏ: Qanuna əlavə təklif olunur

22:40 19-06-2020 344

Qeyri-hökumət təşkilatlarının (QHT) qrant almaq proseduru təkmilləşdirilir.

HerGun.Az xəbər verir ki, bununla bağlı “Qrant haqqında” qanunun 4-cü maddəsinə əlavə təklif edilir.

Təklif olunan 4.3-cü maddəyə əsasən, QHT-lər qrant müqavilələrinin elektron sistem vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər. Bu zamana qədər QHT-lər qrant müqavilələrini Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən alırdılar. Qanuna dəyişiklikdən sonra isə QHT-lər həm də müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qrant müqavilələrini qeydə aldırmaq imkanına malik olacaqlar.

Qanun layihəsi Milli Məclisin iyunun 23-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov