Qaxda dağlıq ərazidə kişi meyiti tapılıb

16:40 15-09-2018 14
loading...

Qaxda mürəkkəb relyefli yüksək dağ massivində kişi meyiti tapılıb.

Bu barədə HerGun.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Qax şəhər sakini Radiq Eldar oğlu Əsgərovun meyiti FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətinkeçilən ərazidən çıxarılıb. 

Meyit aviasiya dəstəsinin “Mi-17” helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.

Bildirilir ki, R.Əsgərov ərazidə yıxılaraq aldığı ağır xəsarətlərdən ölüb.