Yaqut Qarayeva: “O şəxslər koronavirus xəstəsi kimi müalicə alırlar”

12:00 20-06-2020 321

“Hər gün açıqlanan aktiv COVID-19 xəstələrindən əlavə, kliniki olaraq koronavirus xəstəsi olanlar var ki, onların hamısı xəstəxanalara yerləşdirilib. Həmçinin, testi neqativ çıxmış, amma ikitərəfli pnevmoniya olan xəstələrimiz var”. 

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva qeyd edib ki, həmin xəstələr koronavirus xəstəsi kimi müalicə alırlar:

“O xəstələrdə ikitərəfli pnevmoniya müşahidə olunur. Dərhal onların da müalicəsinə başlanılır”.

Könül Cəfərli