Tovuzda qaz borusu partladı: Yaralılar var

17:00 20-06-2020 402

Tovuz rayonunda yol çəkilişi zaman qaz borusu partlayıb.

APA-nın xəbərinə görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, yol çəkilişi zamanı qaz borusu partlayıb, iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.