Qazaxda 49 yaşlı kişini maşın vurdu

01:40 21-06-2020 401

Qazaxda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əzizbəyli kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü Vüqar Qəhrəmanov yolu keçmək istəyən zaman onu maşın vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.