Nərimanov rayonunda motosikletin vurduğu kişi xəstəxanalıq oldu

02:40 21-06-2020 439

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, yolu keçən 1960-cı il təvəllüdlü Məmmədov Valeh Əzim oğlunu motosiklet vurub.

O, müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.