Şimali Koreya ABŞ-ı məhv etməklə hədələdi

09:20 21-06-2020 385

Şimali Koreya yarımadada müharibənin yenidən başlayacağı təqdirdə ABŞ-ı məhv etməklə hədələyib.

Bu barədə TASS Şimali Koreyanın Rusiyadakı səfirliyinin məlumatına istinadla xəbər yayıb.

Diplomatlar qeyd ediblər ki, bu il “amerikalı hərbçilər” Cənubi Koreyada müxtəlif hərbi manevrlər həyata keçirirlər. Bunların əsas məqsədi Şimali Koreyaya sürətli zərbə endirmək üçün xaricdən ABŞ qüvvələrini Koreya yarımadasına yerləşdirməkdir.

Səfirlikdən həmçinin bildirilib ki, Şimali Koreyanın “ona qarşı əl qaldırmağa cəsarət edənləri” cəzalandıra biləcək nüvə raketlərinə sahibdir: “Koreya müharibəsinin yeni bir dövrü, bəşəriyyət tarixinə xüsusilə sensasiyalı bir hadisə əlavə edəcək, adı ABŞ olan başqa bir imperiyaya son qoyacaq”.