Azərbaycan üzgüçüsü Qətərdə iki medal qazandı

12:20 16-09-2018 14
loading...

Sentyabrın 14-15-də Qətərin paytaxtı Dohada üzgüçülük üzrə Dünya Kubokunun mərhələsi keçirilib.

HerGun.Az xəbər verir ki, bu yarişda Azərbaycanı Maksim Şembirev təmsil edib.

O, 200 metr baterflay üsulunda qızıl, 400 metr qarışıq üsulda isə gümüş medal qazanıb. 

Səbuhi MUSAYEV