Millimizin iki üzvü nişanlandı - FOTO

14:40 21-06-2020 450

Azərbaycan milli komandasının şərəfini qoruyan iki idmançı nişanlanıb.

HerGun.Az xəbər verir ki, aerobika gimnastikası üzrə yığmamızın üzvü Emil Quliyev və eyni komandanın şərəfini qoruyan, aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının qızıl medalını qazanmış Balaxanım Əhmədova nişanlanıb.

Cütlüyün nişan mərasimi dünən Bakının məşhur restoranlarından birində təşkil edilib. Mərasimdə idmançıların yaxınları ilə yanaşı, milli komandamızın üzvləri də iştirak edib. Balaxanım Əhmədova saytımıza verdiyi açıqlamada bunları deyib:

“Hər kəsin xəyalı sevdiyi insanla ailə qurmaqdır. Bizim də arzumuz budur. İlk addımı atdıq”.