Binəqədidəki yanğın bir qrup abonenti qazsız qoydu - FOTO

18:40 21-06-2020 422

Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən taxta məmulatlarının emalı sexində baş vermiş yanğın səbəbindən bir qrup abonentə təbii qazın verilişi müvəqqəti dayandırılıb.

HerGun.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov sosial şəbəkə hesabında məlumat verib. 

“Təhlükəsizlik tədbiri olaraq, fəsadlar aradan qaldırılana qədər Bakı Regional Qaz İstismarı Departamenti bir qrup abonentin qaz təchizatını müvəqqəti dayandırıb”, - C.Səfərov qeyd edib.

Əlavə edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Baş vermiş yanğın söndürülüb.