Dünyada koronavirusa yoluxanların sayı doqquz milyonu keçdi

00:40 22-06-2020 459

Dünyada 9 006 320 nəfər koronavirusa yoluxub.

Bu barədə HerGun.Az-ın  qeyd edilir.

468 721 nəfər virusdan həyatını itirib, 4 786 608 nəfər isə sağalıb.

Dünya ölkələri arasında virusa yoluxma sayına görə ilk onluqda olan üç ölkə ABŞ (2 348 400), Braziliya (1 073 376) və Rusiyadır (584 680).

Sərhəd qonşularımızdan İran 204 952 yoluxma ilə 10-cu, Türkiyə 187 685 yoluxma sayı ilə 12-ci yerdədir. Ermənistanda virusa 20 268, Gürcüstanda 906 yoluxma qeydə alınıb.

Azərbaycanda koronavirus bu zamana qədər 12729 nəfərdə aşkar edilib. Virusa yoluxanların 154-ü ölüb, 6 799-u sağalıb.