Oğuzda yanğın oldu

02:40 22-06-2020 431

Oğuz rayonunun Xaçmaz kəndində çaykənarı ərazidə iki hektar sahədə quru ot və kol-kos yanıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub.

Yanğın söndürülüb.