Çinli alim: “Koronavirus -20 dərəcədə 20 il qala bilir”

04:20 22-06-2020 403

Çinin Uhan şəhərində tapılan və COVID-19 adı verilən yeni növ koronavirusa yoluxma sayı doqquz milyona yaxınlaşır.

“HaberGlobal”ın məlumatına görə, çinli professor Li Lanjuan yeni növ koronavirusun -20 dərəcədə 20 il yaşaya biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, virus dondurulmuş məhsullarda belə qalma gücünə malikdir.

L.Lanjuan qeyd edib ki, bu səbəbdən koronavirus donmuş məhsulların satıldığı bazarda daha sürətlə yayılıb.