Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var

06:20 22-06-2020 357

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 

Belə ki, yolu keçən 1955-ci il təvəllüdlü Ələkbərov Şəmsəddin Hümbət oğlunu avtomobil vurub. 

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.