Bakıda sürücünün qəribə qərarı qəzaya səbəb oldu - VİDEO

22:10 16-09-2018 18
loading...

Paytaxtın mərkəzi küçələrinin birində yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın Avtosfer.Az-a istinadən məlumatına görə, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Kadrlarda da göründüyü kimi, qəza sürücülərin düzgün manevr etməməsi səbəbindən baş verib.

Sağ zolaqla hərəkət edən “Hyundai Santafe” markalı  avtomobil sol zolağa keçməyə qərara alır. Lakin bu zaman Yusif Səfərov küçəsi ilə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü Xocalı prospekti istiqamətində qadağan olunmuş yerdə dönmək istəyir. Nəticədə avtomobillər toqquşur. 

Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə ziyan dəyib.