Bakıda 28 yaşlı gənci maşın vurdu

09:20 22-06-2020 459

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmmədzadə Əmrah Nürəddin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol oynağın, alt çənənin əziyi diaqnozu qoyulub.