Britni Spirs açıq-saçıq geyimdə rəqsi ilə pərəstişkarlarını məyus etdi - VİDEO

02:40 27-08-2020 683

Amerikalı pop-ifaçı Britni Spirs açıq-saçıq geyimdə rəqsini nümayiş edib.

“Qorodovoy”un məlumatına görə, bununla bağlı video onun “Instagram” hesabında paylaşılıb.

Kadrlarda ifaçı müsiqi sədaları altında rəqsini nümayiş edib.

O, hazırda bədənini formada saxlamaq üçün xeyli çətinlik çəkdiyini etiraf edib.

Lakin video məşhur musiqiçinin gözlədiyi effekti verməyib.

“Getdikcə onun davranışları qəribələşir”, “O, dincəlməlidir”, “Onun dəlicəsinə rəqsləri məni heyfsləndirir”, “Britni, bitir artıq, bu artıq gülünc olmağa başlayır”, “Səndə hər şey qaydasındadır?”, -  kimi şərhlərlə pərəstişkarları məyusluqlarını bildiriblər.

Bununla belə, videoya bir milyondan artıq baxış sayı olub.