ABŞ-da güclü qasırğa ilə əlaqədar yüz minlərlə insan təxliyə ediləcək

04:20 27-08-2020 442

ABŞ-ın Texas və Luiziana ştatlarına güclü “Laura” qasırğa irəliləyir.

“The New Yorks Times” nəşri xəbər verir ki, təbii fəlakətlə əlaqədar 585 min sakin təxliyə ediləcək.

Texasdan 385 min nəfərin, Luizianadan isə 200 min nəfərin təxliyəsi nəzərdə tutulub.

Bundan əlavə qeyd olunur ki, “Laura” qasırğası ABŞ-ın neft hasilatına son 15 ildə ən böyük təhlükə hesab edilir.