Tora düşən “rezin burunlu” və “qanadlı” qeyri-adi balıq görünüşü ilə hər kəsi heyrətləndirib – FOTO

05:00 27-08-2020 442

Balıqçı toruna düşən ovu gördükdə şoka düşüb. “Rezin burunlu” balıq sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.

Bu barədə CBC xəbər yayıb

Qarri Qudyer qeyri-adi balığı Kanadanın Nyufaundlend əyalətinin şimal-şərqində Bonavista körfəzində tutub.

“800 metr dərinlikdən çıxarılan balığın sanki qanadları var idi, burnu isə elə bil rezindən idi”, - deyə balıqçı bildirib.

Həm Qudyer, həm də komandası heç vaxt belə bir şey görmədiklərini deyiblər. Sahildə o, qəribə ovu balıq kombinatının əməkdaşlarına göstərib, ancaq onlar da bunun nə olduğunu bilməyiblər.

Balığın hansı növ olmasını sosial şəbəkə istifadəçilərinin köməyi ilə müəyyənləşdirmək mümkün olub. Məlum olub ki, bu, burunlu ximeradır.

Dərinlikdə yaşadığı üçün onun biologiyası, həyatı və davranışları barədə demək olar ki heç nə məlum deyil.