Tramp prezident seçkilərinə Maykl Penslə gedir

09:40 27-08-2020 454

ABŞ-ın vitse-prezidenti Maykl Pens noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından vitse-prezidentliyə namizəd kimi iştirak etməyə rəsmi şəkildə razılıq verib.

M.Pensin çıxışı KWTX News telekanalının “Facebook” səhifəsində canlı yayımlanıb.

Vitse-prezidentliyə namizəd bildirib ki, D. Trampın və Respublikaçılar partiyasının onun namizədliyi barədə qərarını itaətkarlıqla qəbul edir.