“Neftçi”dən ayrılan futbolçu Rumıniyada 400 min maaş alacaq - FOTO

10:40 27-08-2020 472

“Neftçi”dən bu yay ayrılan haitili futbolçu Soni Mustivar beş il əvvəl yaradılan Rumıniyanın “Hermanştat” klubunda çıxış edəcək.

Sibiu klubunun rəsmi saytı xəbər verir ki, 30 yaşlı dayaq yarımmüdafiəçisi sərbəst futbolçu kimi bu komandada oynayacaq.

Onun müqavilə müddətində qazanacağı məbləğ 400 min avro (804 560 manat) olacaq.

Qeyd edək ki, 2018-ci ilin martından Azərbaycanda oynayan Haiti millisinin üzvü daha əvvəl də Rumıniyada çıxış edib.

O 2012-2015-ci illərdə “Petrolul”da oynayıb, 2013-cü ildə Rumıniya kubokunu qazanıb.

Səbuhi Musayev