Məktəblərdə hansı dərslərin keçirilməsinə icazə verilməyəcəyi açıqlandı - RƏSMİ

17:40 27-08-2020 439

Məktəblərdə yeməkxanalarda, idman zallarında sıxlığın yaşanmamasına nəzarət ediləcək. 

HerGun.Az-ın müxbiri Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bədən tərbiyəsi dərslərində sıxlıq olarsa, dərslərin keçirilməməsi tapşırılacaq:

“Geyinib-soyunma otaqlarında lazımi şərait olmayan məktəblərdə idman dərslərinin keçirilməsinə icazə verilməyəcək.

Eyni qaydada yeməkxanalarda da sanitar normaların gözlənilməsinə diqqət ediləcək”.

Könül Cəfərli