DSX-nin Xüsusi Məktəbinə keçirilən imtahanın nəticələri açıqlandı

22:20 27-08-2020 473

Dövlət İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün bu gün – avqustun 27-də keçirilən imtahanların nəticələrini elan edib.

Mərkəzdən bildirilib ki, imtahanda iştirak edənlər aşağıdakı linklər vasitəsilə imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər:

Feldşer ixtisasına qəbul imtahanının nəticələri;
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Feldşer ixtisasına qəbul imtahanında iştirakı nəzərdə tutulan 66 nəfərdən üç nəfər, DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında isə iştirakı nəzərdə tutulan 1150 nəfərdən 61 nəfər imtahana gəlməyib.

Qeyd edək ki, bu gün keçirilən digər iki imtahan – Azərbaycan dili (dövlət dili kimi) və Sabah qruplarına qəbul imtahanlarının nəticələri də yaxın iki gün ərzində elan olunacaq.