Füzuli Məmmədov: “Səhvlərimiz var”

23:00 27-08-2020 530

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Şkupi” (2:1) oyunundan sonra mətbuat konfransı keçirilib.

HerGun.Az “Neftçi” klubunun baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:

“İlk hissədə oyunumuz tam alınmadı. Bu da rəqibin qapanması ilə bağlı idi. Səhvlərimiz var, bunların üzərində işləyib səhvləri azaltmaq bizim işimizdir. Əks hücumdan oynayacaqlarını bilirdik. Ona görə də ehtiyatlı olmağı tapşırmışdım. Top itkilərimiz həddindən artıq çox idi. Zamanla bu aradan qaldırılacaq.

Cabir Əmirlinin oynamasına mən qərar vermişdim. Bu o demək deyil ki, gələn oyunda Ömər Buludov oynayacaq. Anton Krivotsyukun oyunundan və Stiven Jozef-Monrozun çıxışından razı qaldım. İlk hissədə Jozef-Monroza az top gəldi deyə, zəif görünə bilər. Əslində belə deyildi”.

Səbuhi Musayev