Məşhur pop qrupunun ifaçısında xərçəng aşkarlandı - FOTO

04:00 28-08-2020 592

Britaniyanın məşhur “Girls Aloud” pop qrupunun ifaçısı Sara Hardingə döş xərçəngi diaqnozu qoyulub.

Lenta.ru-nun məlumatına görə, bu barədə ulduzun özü “Instagram” hesabında məlumat verib.

38 yaşlı məşhur həftəlik kimya terapiya seanslarını keçirdiyini və bütün gücü ilə mübarizə apardığını deyib. Harding həmçinin müsbət əhvalını qoruyacağını və pərəstişkarlarına sağlamlığı barədə məlumat verəcəyini vəd edib.

Qeyd edək ki, 2002-ci ildə yaradılan “Aloud Girls” Şeril Koul, Sara Hardinq, Nikola Roberts, Kimberli Uolş və Nadin Koyl kimi sənətkarlardan ibarət olub.

Qeyd edək ki, karyeraları boyunca kollektiv beş studiya albomu və 22 sinql buraxmağı bacarıb. 2013-cü ildə isə qrup dağılıb.