Sumqayıtda betonqarışdıran maşın 53 yaşlı kişinin ölümünə səbəb oldu - VİDEO

04:20 28-08-2020 563

Sumqayıtda bir nəfərin ölümünə səbəb olan bədbəxt hadisə yaşanıb.

Hadisə şəhərin "Yaşma bağları" yaşayış massivində baş verib. Ərazidə aparılan tikinti zamanı betonqarışdıran maşının şlanqı yerindən çıxaraq həmin tikintidə çalışan 53 yaşlı İlqar Bəylərovun başına dəyib.

Ağır xəsarət alan İlqar Bəylərov hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.