London rusiyalı diplomatları ölkəyə buraxmır

20:20 12-10-2018 18
loading...

Britaniya rusiyalı diplomatlara viza verməkdən imtina edir.

HerGun.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko deyib. 

“Hələlik Britaniya hökuməti tərəfindən qeyri-konstruktiv mövqe görürük. Bu mövqe üzündən səfirliyimizin fəaliyyəti çətinləşib”, - deyə o vurğulayıb.

Diplomat bildirib ki, hazırda səfirlikdə 10-dək əməkdaş qalıb. O hesab edir ki, bu cür durumun yaranması Britaniya hökumətinin məqsədyönlü siyasətinin nəticəsidir. 

Qeyd edək ki, mart ayında Britaniya hökumətinin tələbi ilə rusiyalı diplomatların bir hissəsi ölkədən çıxarılıb.