Yaponiyanın baş naziri istefa verəcək

11:00 28-08-2020 413

Yaponiyanın Baş naziri Şinzo Abe səhhəti ilə əlaqədar istefa verməyi planlaşdırır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Baş nazir uzun müddətdir yoğun bağırsağın iltihabı xəstəliyindən əziyyət çəkir.