Rusiyadan təxliyyə edilən Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib

15:20 28-08-2020 368

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyyə edilərək, vətənə qayıdan Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.

Nazirlikdən verilən məlumata görə, həmin vətəndaşların, eləcə də, ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib.

Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.

Bu məsələlərin (o cümlədən, əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.