Fahişəliklə məşğul olan azərbaycanlı qadın Türkiyədən qovuldu

08:15 13-10-2018 8
loading...

Türkiyənin Aydın vilayətinin Sultanhisar rayonunda polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan üç qadın saxlanılıb.

HerGun.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Sultanhisar rayon Polis Şöbəsinə Atça məhəlləsində Y.P.-ya aid evdə qadınların fahişəliklə məşğul olması barədə məlumat daxil olub.

Səhər saatlarında həyata keçirilən əməliyyatla biri azərbaycanlı olmaqla, üç qadın ələ keçib. Y.P.-nin digər qadınları fahişəliyə cəlb etdiyi müəyyənləşib.

Azərbaycanlı qadın ölkədən deportasiya edilib, digər ikisi isə hələ də polis nəzarətindədir.