Niyə dərmanlar hər aptekdə fərqli qiymətə satılır? - VİDEO

00:00 29-08-2020 394

Xəstələnərkən üz tutduğumuz məkanlardan biri də apteklərdir.

Təsəvvür edin ki, xəstələnmisiniz və dərmana ehtiyacınız var. Dərmanın qiyməti isə sizi çaş-baş salır. Özünüzü bir anlıq aptekdə yox, bazarda hiss etməli olursunuz.

Çünki qiymətlər bazarlardakı kimi fərqlidir. Necə deyərlər, kimin kefi neçəyə istəyirsə, o qiymətə də satır.

Baku TV əməkdaşları dərmanın digər apteklərdə qiymətini öyrənmək üçün telefon bağlantısı qurub.

Bir aptektə eyni preparat 70 manat, digərlərində isə 43 manat 30 qəpik, 43 manat 20 qəpik və 43 manatadır. Bəs görək, bölgələrdə vəziyyət necədir?

Ətraflı Baku TV-nin videosunda: