Avtobusa silahlı basqın və sərnişinin döyülməsi barədə şok görüntülər yayılıb - FOTO/VİDEO

08:00 29-08-2020 491

Sosial şəbəkələrdə Xarkovda mikroavtobusa hücum anı və sərnişinlərdən birinin döyülməsi ilə bağlı görüntülər yayılıb.

Kadrları “Xarkov Life” “Telegram” kanalı paylaşıb.

Xatırladaq ki, Ukraynanın “Vətənpərvərlər - həyat üçün” ictimai təşkilatın üzvləri olan mikroavtobus Xarkov şəhəri yaxınlığında .

Ukrayna parlamentinin deputatı Vadim Rabinoviç hadisə nəticəsində iki nəfərin öldüyünü, daha bir nəfərin isə yaralandığı bildirilir. Təcavüzkarların təşkilatın bir neçə üzvünü qaçırdığı da iddia olunur.

Radanın müxalifət platformasından olan digər bir deputat - İlya Kiva hücumun Kiyev-Xarkov magistralında baş verdiyini bildirib. Onun sözlərinə görə, avtobus Azov alayının və Milli Korpus Partiyasının üzvləri tərəfindən atəşə tutulub. 

Polis isə ölən və qaçırılanların olduğunu təkzib edir. Rəsmi məlumata görə, yalnız yaralananlar var. 

Cinayətkarlar artıq saxlanıblar. Ukrayna prezidenti  Vladimir Zelenski hüquq mühafizə orqanlarının əməkdaşlarına çevik əməliyyatları ilə bağlı təşəkkürünü bildirib.