Bu gün İngiltərədə ən güclü komanda müəyyənləşdiriləcək

13:00 29-08-2020 502

Bu gün İngiltərənin ən güclü klubu müəyyənləşəcək.

Belə ki, “Vembli” stadionunda İngiltərə çempionu “Liverpul”la ölkə kubokunun son sahibi “Arsenal” qarşılaşacaq.

“Community Shield” adlandırılan İngiltərə Superkubokunun görüşü bu gün Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Səbuhi Musayev