Miqrantlarla dolu “Luiza Mişel” kömək istəyir - VİDEO

16:00 29-08-2020 502

Küçə rəssamı Benskinin vəsaiti ilə alınan Aralıq dənizi miqrant xilasetmə gəmisindən təcili vəziyyət barədə xəbərdarlıq edilib.

“Euronews” xəbər verir ki, gəmi qanunsuz mühacirlərin axtarışına keçən həftənin əvvəlində çıxıb və nəticədə, tutumu təxminən 120 sərnişin üçün nəzərdə tutulan göyərtəyə 200-dən çox insanı qəbul edib.

Xilas edilənlərdən biri ölüb, bir çoxu yanıq və digər xəsarətlər alıb. Gəmi indi Maltanın axtarış və xilasetmə zonasındadır.

Məlumata görə, dolmuş gəmi idarəolunmaz vəziyyətdədir, heyət üzvləri dəfələrlə kömək çağırışlarına baxmayaraq, hələ heç kimin gəlmədiyini deyirlər.

30 metrlik gəmi daha əvvəl Fransa Sahil Mühafizəsinə məxsus olub. Mülkiyyət dəyişikliyindən sonra gəmi XIX əsrin fransız inqilabçısı və anarxistinin şərəfinə “Louise Michelle” adlandırılıb. Gəmi 10 nəfərdən ibarət heyətlə Almaniya bayrağı altında üzür.