İngiltərə Super Kubokunun qalibi məlum oldu - FOTO

21:40 29-08-2020 594

Bu gün İngiltərədə Super Kubok matçı keçirilib. 

Qarşılaşmada Premyer Liqanın qalibi "Liverpul" və ölkə kubokunun qalibi "Arsenal" üz-üzə gəliblər. 

Oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə bitib. 

Nəticədə komandalar 11 metrlik penaltilərlə qalibi müəyyən etməli olublar. Bu qarşıdurmadan "Arsenal" qalib ayrılıb.