Şirlər bir neçə il əvvəl onları xilas etmiş kişini parçaladılar

08:00 30-08-2020 441

Cənubi Afrika Respublikasında (CAR) şirlər uzun illər əvvəl onları xilas etmiş kişini parçalayıb.

“The Daily Star” xəbər verir ki, iki şir gözlənilmədən kişinin üstünə hücum çəkərək onu parçalayıblar.

Maraqlıdır ki, həlak olmuş kişinin sevgilisi fərqli düşünür.

O, öz açıqlamasında bildirib ki, şirlər onun sevgilisi ilə sərt oyunlardan birini oynamaq qərarına gəliblər və ölümün əsl səbəbi cəsəd yarılıb müayinə olunandan sonra bilinəcək.

Qeyd olunur ki, sahibini öldürən şirlər 2017-ci ildə oxşar hadisə nəticəsində başqa bir nəfərin ölümünə səbəb olublar. Lakin o zaman heyvanların müdafiəsinə qalxmış mərhum onların aqressiv olmadığını sübut etməyə çalışıb.

Şirlər sığınacağa yerləşdirilib. Onların vəhşi təbiətə buraxılması gözlənilir.